"Nyukasl"da 3 itki: "QARABAĞ"A QARŞI OYNAMAYACAQLAR

"Nyukasl"da 3 itki: "QARABAĞ"A QARŞI OYNAMAYACAQLAR

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına start veriləcək.

QELEBE.AZ xəbər verir ki, "Qarabağ" "Nyukasl"ın qonağı olacaq.

Meydan sahibləri oyuna 3 itki ilə çıxacaq. Bunu "sağsağanlar"ın mətbuat xidməti açıqlayıb.

Bruno Gimarayeş, Tino Livramento və Emil Kraft qarşılaşmanı buraxmalı olacaq.

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.