Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarına start veriləcək.
QELEBE.AZ xəbər verir ki, "Qarabağ" "Nyukasl"ın qonağı olacaq.
Meydan sahibləri oyuna 3 itki ilə çıxacaq. Bunu "sağsağanlar"ın mətbuat xidməti açıqlayıb.
Bruno Gimarayeş, Tino Livramento və Emil Kraft qarşılaşmanı buraxmalı olacaq.
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da İngiltərədə baş tutacaq.