"Renn"dən ayrıldı - "Marsel"ə keçdi
Fransanın "Marsel" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisini Həbib Beye çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Frank Ezin son iş yeri "Renn" olub.

https://qelebe.az//uploads/photo/quotrennquotden-ayrildi-quotmarselquote-kechdi.webp