İngiltərə Liqa Kuboku: “Arsenal” finalın bir addımlığında
İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin oyunları davam edir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə “Arsenal” səfərdə “Çelsi” ilə üz-üzə gəlib.
Dörd qolun vurulduğu qarşılaşmada sevinən tərəf “topçular” olub. Görüş qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması fevralın 4-də keçiriləcək.

https://qelebe.az//uploads/photo/ingiltere-liqa-kuboku-arsenal-finalin-bir-addimliginda.webp