Atletika üzrə Bakı çempionatı keçiriləcək

Atletika üzrə Bakı çempionatı keçiriləcək

Atletika üzrə böyüklər arasında qapalı məkanda Bakı çempionatı keçiriləcək.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb.

Yanvarın 16-17-də keçiriləcək turnir Bakı Atletika Mərkəzində baş tutacaq.