Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar

Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.

Apasport.az xəbər verir ki, yarışın son günündə U 15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib.

Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.

Cəfər Almədədli isə U 11 yaş qrupunda bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.