Qelebə.az / Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar

Stolüstü tennisçilər beynəlxalq yarışı üç medalla başa vurublar

Bu gün, 21:41

Azərbaycan stolüstü tennisçiləri Daşkənddə keçirilən "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.

Apasport.az xəbər verir ki, yarışın son günündə U 15 yaş qrupunda mübarizə aparan Onur Quluzadə finaladək bütün rəqiblərini üstələyərək finala yüksəlib.

Yalnız həlldici oyunda məğlubiyyətlə üzləşən seçmə komandan üzvü ikinci yerlə kifayətlənib.

Cəfər Almədədli isə U 11 yaş qrupunda bürünc mükafata layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günündə mübarizəyə qatılan Mehin Mirzəbalayeva 13 yaşadək idmançıar arasında üçuncü yeri tutmuşdu.

Geri qayıt