Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
İspaniya millisinin hücumçusu Lamin Yamal DÇ-2026-nın Fransa ilə yarımfinal oyunu öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, forvard qarşılaşmanın xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Qol vurmamağım məni narahat etmir. Amma düşünürəm ki, belə oyunlarda qol vurmaq hər zaman xüsusi hissdir. Çağırışı, əlbəttə ki, qəbul edirəm. Mən bunun üçün buradayam. Bu, azarkeşlər, ispanlar və fransızlar üçün çox xüsusi gün olacaq. Məncə, bu, hər kəsin Dünya Çempionatında izləmək istədiyi oyunlardan biridir”.
İspan futbolçu matçın gərgin keçəcəyini vurğulayıb:
“Hər iki komandanın üstünlük qazandığı anlar olacaq. Hər iki tərəf hücum edəcək. Biz isə imkanlarımız daxilində yaxşı müdafiə olunmağa çalışacağıq. Şübhəsiz ki, çox maraqlı və gərgin qarşılaşma olacaq".
Yamal üzərində təzyiq hiss etmədiyini də qeyd edib:
“Heç bir təzyiq hiss etmirəm. Həmişə oynadığım futbolu oynamağa çalışıram. Sadəcə komandama maksimum fayda vermək istəyirəm. Əlinizdən gələni etdiyinizi bildiyiniz zaman təzyiq hiss etmirsiniz”.
Hücumçu turnirdə az qol vurmasının baş məşqçi ilə əlaqəli olmadığını bildirib:
“Beş qol vurmamağımın baş məşqçinin günahı olduğunu düşünmürəm. Bunlar futbolun bir hissəsidir və açığı, bu məni narahat etmir".
Lamin sonda futbola həmişə sakit yanaşdığını vurğulayıb:
“Həyatda futboldan qat-qat çətin vəziyyətlər var. Buna görə də həmişə sakit qalıram. Sonda bu, sadəcə futboldur. Matç bitdikdən sonra hər kəs öz həyatına davam edir. Mən nə edə biləcəyimi bilirəm və heç bir narahatlıq hiss etmirəm”.

https://qelebe.az//uploads/photo/yamal-fransa-ile-matchin-gergin-kecheceyini-deyib-men-ne-edeceyimi-bilirem.webp











