Çempiona böyük maraq: "Neftçi"ylə matça bu qədər bilet satılıb

Çempiona böyük maraq: "Neftçi"ylə matça bu qədər bilet satılıb

Misli Premyer Liqasının XXXII turu çərçivəsində çempion "Sabah" "Neftçi" ilə qarşı-qarşıya gələcək. Oyun mayın 17-si, saat 18:00-da "Bank Respublika arena"da baş tutacaq. 

"Sabah" klubundan apasport.az-a verilən məlumata görə, “Neftçi” ilə oyuna indiyə qədər 4000 bilet satılıb. 

Açıqlamada həmçinin qeyd olunub ki, oyun günü stadionun qarşısındakı avtomobil yolunda təhlükəsizlik səbəbilə hərəkətə məhdudiyyət tətbiq olunacaq.

Klub azarkeşləri oyunda yerlərini rahat şəkildə tutmaq üçün stadiona matçdan 2 saat əvvəl gəlməyə səsləyib.

Xatırladaq ki, "Sabah" davam edən mövsümdə həm Misli Premyer liqasında, həm də Azərbaycan Kubokunda çempion olub.