Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçiriləcək
Sabah "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçiriləcək.
QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tədbir FHN-nin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.
Qeyd edək ki, turnir mayın 16–17-də nəzərdə tutulub.

https://qelebe.az//uploads/photo/mireli-seyidovun-xatiresine-hesr-olunmush-karate-turnirinin-achilish-merasimi-kechirilecek.webp