“Fənər”də yeni müqavilə - RƏSMİ
“Fənərbaxça” cari mövsümün sonunda müqaviləsi başa çatan qapıçı Tarık Çetinlə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər” 29 yaşlı qolkiperlə yeni müqavilə imzalayıb.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli oyunçu 2029-cu ilin yayına qədər komandanın uğurları üçün mübarizə aparacaq.
Qeyd edək ki, Tarık Çetin “Fənərbaxça” akademiyasının yetirməsidir.

https://qelebe.az//uploads/photo/fenerde-yeni-muqavile-resmi.webp