"Qəbələ" - "Turan Tovuz" matçı dayandırılıb - YENİLƏNİB

"Qəbələ" - "Turan Tovuz" matçı dayandırılıb - YENİLƏNİB

Misli Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.

QELEBE.AZ xəbər verir ki, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib.

Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib. Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Qeyd edək ki, Misli Premyer Liqasının XIV turunda keçirilən “Qəbələ” – “Turan Tovuz” oyunu 24-cü dəqiqədə qatı duman səbəbindən dayandırılıb. Stadionda oyun zamanı görmə məsafəsinin çox aşağı düşməsi, demək olar sıfıra yaxınlaşması səbəbindən matçın davam etdirilməsi mümkün olmayıb. Prosedur qaydalarına uyğun olaraq stadiona yenidən baxış keçirilsə də, hava şəraiti oyunun davam etdirilməsinə imkan verməyib.

***

17.46

Misli Premyer Liqasının XIV turunda keçirilən "Qəbələ" - "Turan Tovuz" oyunu yarımçıq dayandırılıb.

QELEBE.AZ xəbər verir ki, buna Qəbələdə dumanlı hava şəraiti səbəb olub.

Qarşılaşma 23-cü dəqiqədə dayandırılıb.

Matçın taleyi ilə bağlı qərar daha sonra veriləcək.

Futbol
KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

KİV: “Qətərdə keçirilən dünya çempionatında daha bir jurnalist dünyasını dəyişib”

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

“Frayburq”ın baş məşqçisi: “Qarabağ” üçün bəxtsizlikdir"

Futbol
"Bavariya"nın əsas müdafiəçisi zədələnib

"Bavariya"nın əsas müdafiəçisi zədələnib

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

DİN-dən "Qarabağ"ın oyunu ilə bağlı müraciət: "Stadiona 1 saat tez gəlin"

Futbol
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Futbol
“Çelsi” Qrem Potterin razılığını alıb

“Çelsi” Qrem Potterin razılığını alıb

Futbol
"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

"Nant"ın futbolçusu: "Qarabağ"la oyundan sonra toparlanmağa çalışdıq"

Futbol
Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb

Türkiyə millisi B Liqasına yüksəlib, Fransa və Niderland qələbə qazanıb