Çingiz Əlləzov: “Marat Qriqoryanla döyüş üçün yaşayıram”

Çingiz Əlləzov: “Marat Qriqoryanla döyüş üçün yaşayıram”

"Hazırda Marat Qriqoryanla döyüş üçün yaşayıram".

“QELEBE.AZ”un məlumatına görə, bunu “One Championship” Dünya Qran Prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan azərbaycanlı kikboksçusu Çingiz Əlləzov Bakıda təşkil edilən mətbuat konfransında deyib.

O, ermənistanlı idmançı Marat Qriqoryanla döyüşmək arzusunda olduğunu söyləyib: “Sittiçay Sitsonqpinonqla Marat Qriqoryan döyüşəcək. Sittiçay Maratı 4 dəfə məğlub edib. Mən Maratın Giorgio Petrosyanla döyüşməsini istərdim. Rəqibin kimliyinin mənim üçün fərqi yoxdur. Hazır olsalar, bu idmançılarla döyüşməyə hazıram".

Əlləzov Vətəninə gəldiyi üçün şad olduğunu bildirib: "Bakıda 3 dəfə olmuşam. Dörd il idi ki, məşqlərlə əlaqədar buraya gələ bilmirdim”.

“Çinqa” ləqəbli 30 yaşlı idmançı Azərbaycan xalqına təşəkkürünü bildirib: “Həm burada, həm də Belarusda mənə çox dəstək verdilər. Buna görə, xalqıma minnətdaram. Onların sayəsində dünya reytinqində bir nömrəyəm. İrəliləməkdə davam edəcəyik”.

O, “One Championship”dən başqa təşkilata keçid etməyi düşünmədiyini söyləyib: “Mənim çəkimdəki “Top-5” idmançıların hamısı “One Championship”də çıxış edir. Qarşıda Sittiçay Sitsonqpinonq, Marat Qriqoryan və ya Giorgio Petrosyanya döyüşə bilərəm. İndi titulu qorumaq lazımdır. Superbon Sinqa Mavini ən yaxşı formasında məğlub etdim. Amma bununla kifayətlənmək istəmirəm. Məşqlərimizi davam etdirəcəyik. Hazırda Xəyal Əhmədov MMA-dadır, mən orada lazım deyiləm. Çox idmançılar MMA-ya pula görə gedir. Amma Xəyal ürəklə döyüşür. Açığı, mənim MMA-ya marağım yoxdur. MMA populyar olsa da, “One Championship” çox güclüdür. Bu növdəki çıxışıma görə hamı məni tanıyır. Bütün diqqətimi kikboksa yönəltmişəm”.

Çingiz Allazov bu idman növünün Azərbacandakı hazırkı durumuna da münasibət bildirib: “Kikboksda və MMA-da mərhələlər fərqlidir. Buradan çıxan idmançılarımız çoxdur. Kikboksla bağlı çox söhbət eləmək olar. Dünya üzrə tanınmış idmançılarımız var. Alim Nəbiyev, Xəyal Əhmədov, Pərviz Abdullayev kimi idmançıların adlarını vurğulaya bilərəm. İdmançılarımızı “Top” yarışlara hazırlamaq lazımdır. Azərbaycanda uşaqları kikboksinqə cəlb etmək lazımdır, federasiyanın da buna dəstəyi mütləqdir. Peşəkar idmançılar K-1-də, başqa növdə döyüşmək üçün başqa yerdə yaşamalıdırlar. Biz bəzən Tailandda, bəzən Niderlandla toplanış keçirik. Superbonla döyüşdən sonra məşqi ilə nokautu yox, səhvləri müzakirə etdik. Mənim imkanım olsa burada döyüşərəm. Amma müqaviləmə görə hələ bunu edə bilmirəm. Yenə də kiçik idmançılarımıza nə dəstək lazımdırsa, mən daim hazıram. Belarusdakı zallarımızda da gəlib hazırlaşa bilərlər. 29 ildir Belarusda yaşasam da, Vətənim Azərbaycandır”.

İdmançı Azərbaycan vətəndaşlığını almaq arzusunu da dilə gətirib: “Uşaqlıqdan Belarusda yaşayıram. Amma Azərbaycan vətəndaşlığını almaq istəyirəm. Burada yaşamaq planım var. Burada evim də var. Belarusda hər il festival təşkil edirik, 2000 uşaq iştirak edir. Azərbaycanda da belə layihələr təşkil etmək planım var. Burada yaşasaq, federasiya ilə birləşər, böyük layihələr həyata keçirə bilərik. Belədə uşaqlarımız böyük turnirlərə də hazır olarlar. İrəli getmək üçün indi hər şeyi etmək lazımdır”.

Fərdi
Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Su İdman Sarayında "Birlikdə üzək" adlı yarışa start verilib

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərid Qayıbov: “Müəyyən nöqsanlar var idi ki, buna yol verənlər işdən azad olundular”

Fərdi
Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Azərbaycan ağırlıqqaldıranları xatirə turnirini 6 medalla başa vurublar

Fərdi
Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Maqnus Karlseni məğlub edən hindistanlı şahmatçı tarixə düşüb

Fərdi
Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərid Qayıbov: “Bizim üçün çətin il olacaq”

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Naxçıvanda badminton üzrə ilk idman klubu yaradılıb

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasının çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın qadın güləşçiləri medalsız qalıb

Fərdi
“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib

“Vüqar Həşimov Memorial-2022”: Nodirbek Abdusattorovun qələbə posteri məşhur “Times” meydanında sərgilənib