Laurentsiu Regekampf: "Bu cür penalti yolverilməzdir"

Laurentsiu Regekampf: "Bu cür penalti yolverilməzdir"

“Oyuna çox pis başladıq. Rəqibə böyük hədiyyə elədik. Bu cür penalti yolverilməzdir”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Sabah”a 0:2 hesabı ilə məğlub olduqları Premyer Liqanın XIX tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis buraxılan ikinci topun yolverilməz olduğunu deyib: "Ondan sonra dönüş etmək çətin oldu. Kiçik şansımız oldu, bundan da yararlana bilmədik. Ondan sonra da oyun bizim üçün bitmişdi. Bu gün bizim günümüz olmadı. Təlim-məşq toplanışı dövründə zədə ilə bağlı problemlərimiz oldu. Bir növ bəxtsizlik yaşadıq. Zədəlilərimizin tezliklə komandaya qayıtmalarına çalışırıq. Həmçinin, yeni gələnlərin tez uyğunlaşmalarını istəyirik. Onlar komandaya gec qoşuldular. Komandada bu cür oyunçuların olmasına çox sevinirəm".

O, qarşıdakı günlərdə daha bir transfer edəcəklərini söyləyib: "Güclü heyət qurmağa çalışırıq. Məqsədimiz kuboku qazanmaq və yayda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olacaq".

48 yaşlı məşqçi matçın baş hakimi Əliyar Ağayevi Azərbaycanın ən güclü referisi hesab edib: "Məşqçi kimi aqressiv olursan, bəzən komandanın xeyrinə qərar istəyirsən. Hakimlik yaxşı idi".

Regekampf əsas rəqibləri "Sabah" və "Qarabağ"la oyunlardakı məğlubiyyətlərlə bağlı sualı belə cavablandırıb: "Güclü olmaq üçün əziyyət çəkməlisən. "Qarabağ" da ilk illərində heyətin formalaşması üçün çalışdı. Bizə də vaxt lazımdır. Ötənilki "Sabah"la builki "Sabah" arasında da böyük fərq var. Onları məğlub etmək üçün çox yaxşı olmalısan. Rəqiblə bir matçımız qalıb. Həmin görüşə də hazır olmalıyıq".

Baş məşqçi Qodsvey Donyo və Yusuf Lavalın komandadan ayrılmasına da münasibət bildirib: "Lavalın müqaviləsinin sonuna 6 ay vaxt qalmışdı. Sözləşməsini yeniləmək istədik, qəbul etmədi. Toplanış zamanı bunu bacaracağımızı düşünürdük. Amma artıq Portuqaliya klubu ilə anlaşmışdı. Eyni hal Qodsvey Donyoda da baş verdi. Komandasını dəyişmək istədi. Onu məcbur saxlaya bilməzdik".

Futbol
"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

"Kəpəz" komandasının baş məşqçisi istefaya göndərilib

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Kriştiano Ronaldo “Əl-Nasr” klubunda oynayacaq - YENİLƏNİB

Futbol
Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Əliyar Ağayevin atası: "O, çox tələbkar olmalıdır ki, yaxşı təyinatlar alsın"

Futbol
“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

“The Times”: Ukrayna dünya çempionatına ev sahibliyi etmək üçün namizəd olacaq

Futbol
KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

KİV: Tarixin ən titullu futbolçusu Dani Alves cinsi təcavüzdə ittiham olunur

Futbol
"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti qələbəsini qazanıb

Futbol
Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Avropa Liqasında həftənin oyunçusu bəlli olub

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Futbol
Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Futbol
İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

İtaliya A seriyasında yarımavtomatik ofsayd sistemindən istifadə olunacaq

Futbol
"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib

"Turan Tovuz" klubu böyük məbləğdə cərimələnib