Acundan növbəti transfer – “Roma”nın hücumçusu "Hall Siti" yolunda
“Hall Siti” “Roma”nın hücumçusu Robinio Vazın transferi ilə bağlı şifahi razılıq əldə edib.
QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
19 yaşlı futbolçu da Acun Ilıcalının klubuna keçidə ilkin razılığını verib. Razılaşmaya əsasən, “Hall Siti” Vazı 2 milyon avro qarşılığında icarəyə götürəcək.
Müqavilədə futbolçunun 30 milyon avroya satınalma hüququ da nəzərdə tutulacaq. Beləliklə, mümkün transfer paketinin ümumi dəyəri 32 milyon avroya çata bilər.
“Hall Siti” Vazın yaxın 24 saat ərzində İngiltərəyə səfər etməsini planlaşdırır. Bundan sonra futbolçunun tibbi müayinədən keçərək müqaviləni rəsmiləşdirməsi gözlənilir.
Qeyd edək ki, Robinio Vaz karyerası ərzində “Soşo”, “Marsel” və “Roma”nın formasını geyinib. 19 yaşlı hücumçu 2025/26 mövsümündə “Marsel” və “Roma”nın heyətində bütün turnirlər üzrə 34 oyunda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/acundan-novbeti-transfer-romanin-hucumchusu-quothall-sitiquot-yolunda.webp