ÇL: Mbappenin pokeri “Real”a qələbə qazandırdı
“Real Madrid” UEFA Çempionlar Liqasının V turu çərçivəsində səfərdə “Olimpiakos”la qarşılaşıb.
QELEBE.AZ xəbər verir ki, İspaniya təmsilçisi rəqibini 4:3 hesabı ilə məğlub edib.
“Kral klubu”nun heyətində Kilian Mbappe parlaq oyunu ilə seçilib.
26 yaşlı fransalı hücumçu komandasının vurduğu 4 qolun da müəllifi olub.
Qeyd edək ki, Mbappe “Real Madrid”in heyətində indiyədək keçirdiyi 77 rəsmi matçda 66 qol vurub və 8 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/chl-mbappenin-pokeri-reala-qelebe-qazandirdi.webp