Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
Gəncə şəhərində keçirilən Aerobika gimnastikası üzrə Avropa çempionatının final mərhələsi başa çatıb.
QELEBE.AZ xəbər verir ki, milli komandamızın üzvləri - qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.600 xalla rəqiblərini geridə qoyaraq I yerin sahibi olub.
Qeyd edək ki, yarışda 18 ölkədən 151 idmançı iştirak edir.

https://qelebe.az//uploads/photo/aerobika-gimnastikasi-uzre-qarishiq-cutluyumuz-avropa-chempionu-olub.webp