PSJ-də ciddi itki
Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Liqa 1 nəhənginin aparıcı üzvlərindən olan Əşrəf Hakimi sıradan çıxıb.
Mərakeşli sağ cinah müdafiəçisi UEFA Çempionlar Liqası Liqa mərhələsinin 4-cü turunun "Bavariya" ilə matçında (1:2) sol ayağından zədə alıb. 27 yaşlı futbolçu təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Mərakeş millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/psj-de-ciddi-itki.webp