Millimiz Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək
Azərbaycanın 17 yaşadək qız futbolçulardan ibarət yığması bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirəcək.
QELEBE.AZ xəbər verir ki, B Liqasının I qrupunda yer alan Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda Moldova ilə üz-üzə gələcək.
Qarşılaşma Kişineuda, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qeyd edək ki, U-17 qrupda keçirdiyi ilk iki görüşdə Uelsə 0:7, Kosovoya isə 0:6 hesabı ilə məğlub olub.

https://qelebe.az//uploads/photo/millimiz-avropa-chempionatinin-sechme-merhelesinde-sonuncu-gorushunu-kechirecek.webp