Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb
AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.
QELEBE.AZ xəbər verir ki, təlimlər milli assosiasiyanın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir.
Sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də baş tutacaq.

https://qelebe.az//uploads/photo/bakida-uefa-nin-a-kateqoriyali-meshqchi-kursunun-i-merhelesi-bashlayib.webp