"Fənər"dən Jesuşa sərvət: İllik 15 milyon avro

"Fənər"dən Jesuşa sərvət: İllik 15 milyon avro

"Əl-Nəsr"in baş məşqçisi Jorj Jesuş cari mövsümün sonunda komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. 

Bu barədə Portuqaliyanın "A Bola" nəşri məlumat yayıb.

71 yaşlı mütəxəssis artıq Səudiyyə Ərəbistanında karyerasını başa vurmaq və başqa ölkədən gələn təklifləri nəzərdən keçirmək niyyətindədir.

Onu baş məşqçi postuba gətirmək istəyən ən real namizəd Türkiyə təmsilçisi "Fənərbaxça"dır.

Jesuşun mayın sonunda Lissabonda "Fənərbaxça" nümayəndələri ilə görüşü planlaşdırılır.

İstanbul klubu sabiq məşqçisinə illik təxminən 15 milyon avro maaşla müqavilə təklif etməyi düşünür.

Razılaşma baş tutsa, bu rəqəm onun məşqçilik karyerasının ən böyük gəlirli müqaviləsi olacaq.