"Neftçi"nin qızları Şanxayda: Dünya Seriyası başlayır

"Neftçi"nin qızları Şanxayda: Dünya Seriyası başlayır

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasında mübarizəyə start verəcək.

Apasport.az xəbər verir ki, Ratomir Deliçin yetiemələri ilkin mərhələdə iki oyun keçirəcək.

“Ağ-qaralar” ilk görüşdə Tayland yığması ilə üz-üzə gələcək.

Komanda ikinci matçda isə Niderlandın “Amsterdam” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.