Qelebə.az / "Neftçi"nin qızları Şanxayda: Dünya Seriyası başlayır

"Neftçi"nin qızları Şanxayda: Dünya Seriyası başlayır

Bu gün, 11:47

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Çinin Şanxay şəhərində keçiriləcək Dünya Seriyasında mübarizəyə start verəcək.

Apasport.az xəbər verir ki, Ratomir Deliçin yetiemələri ilkin mərhələdə iki oyun keçirəcək.

“Ağ-qaralar” ilk görüşdə Tayland yığması ilə üz-üzə gələcək.

Komanda ikinci matçda isə Niderlandın “Amsterdam” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.

Geri qayıt