"Neftçi"nin qızları məğlubiyyətlə başladı: Dünya Seriyası

"Neftçi"nin qızları məğlubiyyətlə başladı: Dünya Seriyası

“Neftçi”nin qadınlardan ibarət 3x3 basketbol komandası bu gün Çinin Şanxay şəhərində keçirilən Dünya Seriyasında mübarizəyə start verib.

QELEBE.AZ xəbər verir ki, Ratomir Deliçin yetiemələri ilkin mərhələdə iki oyun keçirəcək.

“Ağ-qaralar” ilk görüşdə Tayland yığması ilə üz-üzə gəlib. Görüş rəqibin 19:14 hesablı qələbəsi ilə nəticələnib.

Komanda ikinci matçda isə Niderlandın “Amsterdam” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Dünya Seriyasının Şanxay mərhələsinə mayın 17-də yekun vurulacaq.