"Aston Villa" "Liverpul"u "topa tutdu" - 4-ə yüksəldi
İngiltərə Premyer Liqasında XXXVII tura start verilib.
QELEBE.AZ xəbər verir ki, günün tək oyununda "Aston Villa" doğma meydanda "Liverpul"u qəbul edib.
"Villa Park"a toplaşan azarkeşlər 6 qola şahidlik ediblər.
Emerinin yetirmələri görüşdən qalib ayrılıb: 4:2.
Xallarının sayını 62-yə çatdıran "Aston Villa" 4-cü pillədə qərarlaşıb. 59 xalda qalan "Liverpul" isə 5-ci pilləyə geriləyib.
Turnir cədvəlinə 79 xalla "Arsenal" başçılıq edir. Ondan iki xal geri qalan "Mançester Siti" 2-ci pillədədir.

https://qelebe.az//uploads/photo/quotaston-villaquot-quotliverpulquotu-quottopa-tutduquot-4-e-yukseldi.webp