Uğurcan Çakır rəsmən “Qalatasaray”da

Uğurcan Çakır rəsmən “Qalatasaray”da

"Qalatasaray" heyətini yeni qapıçı ilə gücləndirib. 

Apasport.az xəbər verir ki, klub Uğurcan Çakırı transfer edib. 

Bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb. 

Belə ki, "sarı-qırmızılılar" qolkiper üçün "Trabzonspor"a 27.5 milyon avro ödəyəcək. 

Uğurcanla isə 5 illik müqavilə imzalanıb. 

Çakır yeni klubunda illik 6 milyon avro qazanacaq.