Qelebə.az / Uğurcan Çakır rəsmən “Qalatasaray”da

Uğurcan Çakır rəsmən “Qalatasaray”da

2-09-2025, 01:50

"Qalatasaray" heyətini yeni qapıçı ilə gücləndirib. 

Apasport.az xəbər verir ki, klub Uğurcan Çakırı transfer edib. 

Bu barədə İstanbul nəhənginin mətbuat xidməti məlumat yayıb. 

Belə ki, "sarı-qırmızılılar" qolkiper üçün "Trabzonspor"a 27.5 milyon avro ödəyəcək. 

Uğurcanla isə 5 illik müqavilə imzalanıb. 

Çakır yeni klubunda illik 6 milyon avro qazanacaq.

Geri qayıt