Velosiped idmanı sahəsində bölgələrdə fəaliyyət göstərəcək məşqçi-müəllimlər üçün təlim kursları başlayıb

Velosiped idmanı sahəsində bölgələrdə fəaliyyət göstərəcək məşqçi-müəllimlər üçün təlim kursları başlayıb

Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq çərçivəsində regionlarda velosiped idmanının inkişafına töhfə verəcək yeni layihə start götürüb.

"Report" xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bu layihənin ölkəmizdə velosiped idmanının gələcəyi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq, məşqçi-müəllimlər qarşısında duran vəzifələrdən danışıb:

"Bu təlimlərin əsas məqsədi regionlarda idmanın inkişafına dəstək olmaq, ixtisaslı məşqçilərin hazırlanmasına şərait yaratmaqdır. Bu, həm uşaqların və gənclərin fiziki sağlamlığı, həm də onların asudə vaxtının səmərəli təşkili üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, kurslarda iştirak edən məşqçilər gələcəkdə gənclərin idmana cəlb olunmasında, yeni istedadların üzə çıxarılmasında mühüm rol oynayacaqlar".

Elm və təhsil nazirinin müavini Həsən Həsənli velosiped idmanının sağlam həyat tərzi baxımından da əhəmiyyət daşıdığını bildirib:

“Məktəblilər və gənclər arasında bu idman növünün inkişaf etdirilməsi onların həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərəcək. Açılışını etdiyimiz kurslar gələcəkdə bölgələrdə peşəkar kadrların formalaşmasına və yeni nəslin idmana marağının artmasına xidmət edəcək. Layihə bölgələrin tanınmasına da müsbət təsir göstərəcək".

Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yeni məşqçilərin hazırlanmasının əhəmiyyətinə toxunub. O, bu cür layihələrin regionlarda idmanın kütləviliyinə böyük təkan verəcəyini bildirib.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə kurslarda iştirak edən məşqçilər üçün antidopinq qaydaları ilə bağlı təmsil etdiyi qurumun əməkdaşlarının xüsusi seminar keçirəcəyini bildirib və bu istiqamətdə onlara hər zaman dəstək verməyə hazır olduqlarını deyib.

Kurslarda iştirak edən məşqçilərə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar öyrədiləcək. Proqram çərçivəsində beynəlxalq standartlara uyğun məşq üsulları, idmançılarla işləmə metodikası və velosiped idmanında təhlükəsizlik qaydaları xüsusi diqqət mərkəzində olacaq. 12 gün davam edəcək təlim kurslarını uğurla başa vuraraq imtahan vermiş məşqçi-müəllimlərə sertifikatlar təqdim ediləcək.

Pilot xarakterli bu layihə ilkin mərhələdə Gəncə və Sumqayıt şəhərləri, eləcə də Qəbələ, Quba, Ağdaş, Ağstafa, Goranboy, Tovuz, Göygöl və Gədəbəy rayonlarını əhatə edəcək. Elm və Təhsil Nazirliyinin bu bölgələrdəki idman məktəblərində xüsusi velosiped bölmələri yaradılacaq. Nazirliyin Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə seçdiyi, velosiped idmanı sahəsində fəaliyyət göstərmək istəyən ali təhsilli məşqçi-müəllimlər həmin bölgələrdəki Gənclər və İdman Nazirliyinin Olimpiya İdman Komplekslərində xüsusi olaraq ayrılmış yerlərdə fəaliyyət göstərəcəklər. Onlar Elm və Təhsil Nazirliyinin ştatlı işçiləri kimi əmək haqqını nazirlikdən alacaq, öz fəaliyyətləri barədə həm Azərbaycan Velosiped İdmanı Federasiyası, həm də nazirliyin müvafiq qurumları qarşısında hesabat verəcəklər. Bölmələrin hər biri üçün federasiya tərəfindən 20 ədəd, ümumilikdə 200 ədəd velosiped ayrılıb.

Yaxın gələcəkdə bu təcrübədən ölkənin digər şəhər və rayonlarında da istifadə olunacağı, habelə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının aidiyyəti qurumlarının da bu layihəyə qoşulacağı planlaşdırılır.

Fərdi
"Formula 1": Çin Qran Prisi ləğv olunub

"Formula 1": Çin Qran Prisi ləğv olunub

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Bakıda ağırlıqqaldırma üzrə beynəlxalq məşqçilik kursu keçirilib 

Fərdi
MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Bakıda üç qol buraxan qapıçı məşhur oyunçunun yerinə yığmaya çağırılıb

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb