İmmobile ilk oyunda zədələndi
İtaliyanın "Bolonya" klubunun heyətində ciddi itki baş verib.
QELEBE.AZ xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb.
36 yaşlı forvard A Seriyasının 1-ci turunun "Roma" ilə matçında (0:1) ayaq əzələsindən zədələnib. İtaliya millisinin sabiq üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Ciro İmmobile yay fasiləsində "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Bolonya"ya qoşulub.

https://qelebe.az//uploads/photo/immobile-ilk-oyunda-zedelendi.webp