Qelebə.az / İmmobile ilk oyunda zədələndi

İmmobile ilk oyunda zədələndi

25-08-2025, 22:09

İtaliyanın "Bolonya" klubunun heyətində ciddi itki baş verib.

QELEBE.AZ xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Ciro İmmobile sıradan çıxıb.

36 yaşlı forvard A Seriyasının 1-ci turunun "Roma" ilə matçında (0:1) ayaq əzələsindən zədələnib. İtaliya millisinin sabiq üzvü 2 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ciro İmmobile yay fasiləsində "Beşiktaş"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Bolonya"ya qoşulub.

Geri qayıt