Çempionlar Liqası: "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB-7

Çempionlar Liqası:  "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB-7

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

"QELEBE.AZ" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

00:43

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda daha bir qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb - 3:1.

85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib.

00:25

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1.

67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb.

00:08

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1.

50-ci dəqiqədə Marko Yankoviç fərqlənib.

00:04

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

23:48

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb.

"QELEBE.AZ" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

23:29

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fərqləniblər.

29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb.

22:00

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma "Qroupama Arena"da keçirilir.

Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir.

Futbol
“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

“Qarabağ”ın sabiq futbolçusu Fransa klubundan ayrıla bilər

Futbol
Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb

Futbol
Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Futbol
Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

Futbol
Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Azərbaycan millisinin futzalçısı Rusiya klubuna qayıdıb

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Qətərdə stadionlarda spirtli içki satışı qadağan edilib

Futbol
Benzema "Real"la müqaviləni uzadacaq

Benzema "Real"la müqaviləni uzadacaq

Futbol
DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

DÇ-2022: Xorvatiya Mərakeşi məğlub edərək üçüncü yeri tutub

Futbol
Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Millətlər Liqası: "Sumqayıt"ın legioneri meydandan qovulub

Futbol
Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"

Laurentsiu Regekampf: "Qəbələ"nin futbolçuları aqressiv və kobud oynayırdılar"