Niderland millisinin üzvü İtaliya yolunda
"Napoli" Romelu Lukakunun sıradan çıxmasından sonra heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Neapolluların əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Coşua Zirkzeedir.
A Seriyası təmsilçisinin baş məşqçisi Antonio Konte 24 yaşlı hücumçunu komandasında görmək istəyir.
Qeyd edək ki, Niderland millisinin üzvü olan Zirkzee "qırmızı şeytanlar"ın heyətində ötən mövsüm meydana çıxdığı 49 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/niderland-millisinin-uzvu-italiya-yolunda.webp