Qelebə.az / Niderland millisinin üzvü İtaliya yolunda

Niderland millisinin üzvü İtaliya yolunda

18-08-2025, 19:17

"Napoli" Romelu Lukakunun sıradan çıxmasından sonra heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Neapolluların əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Coşua Zirkzeedir.

A Seriyası təmsilçisinin baş məşqçisi Antonio Konte 24 yaşlı hücumçunu komandasında görmək istəyir.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Zirkzee "qırmızı şeytanlar"ın heyətində ötən mövsüm meydana çıxdığı 49 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt