Qanalı yarımmüdafiəçi "İmişli"də - RƏSMİ
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, komanda Yav Mosesi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yav Moses son olaraq Portuqaliya II Liqasında çıxış edən “Torreense” klubunun formasını geyinib.

https://qelebe.az//uploads/photo/qanali-yarimmudafiechi-quotimishliquotde-resmi.webp