Tahir Gözəl: "Qurban Qurbanovun "Qarabağ"ı hər görüşə məsuliyyətlə hazırladığını bilirəm"

Tahir Gözəl: "Qurban Qurbanovun "Qarabağ"ı hər görüşə məsuliyyətlə hazırladığını bilirəm"

Qurban Qurbanov "Qarabağ"ı hər görüşə məsuliyyətlə hazırlayır.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

O, komandanın 2025/2026 mövsümündəki ilk ev oyunu barədə danışıb:

“Komandamız yeni mövsümə Çempionlar Liqasının oyunu ilə başladı. Ardıcıl 4-cü, tarixində 11-ci dəfə qitənin ən nüfuzlu klub turnirinə qatılan “Qarabağ” ötən il olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən start verdi. İlk matçımızda İrlandiyada “Şelburn”la qarşılaşdıq. Ağır oyun oldu, çətin anlar da yaşadıq. Sevinirəm ki, sonda 3:0 hesablı qələbə qazandıq. Lakin bu nəticə arxayınlaşmağa əsas vermir. Rəqib İrlandiya çempionudur. Ümumiyyətlə, Çempionlar Liqasının təsnifat və pley-off mərhələlərində öz ölkələrinin ən güclüləri oynayırlar. Buna görə də kimliyindən asılı olmayaraq, asan rəqib olmur. Komandamız da bunu yaxşı dərk edir.

Baş məşqçimiz Qurban Qurbanovun və rəhbərlik etdiyi texniki heyətin komandanı hər görüşə məsuliyyətlə hazırladığını bilirəm. Komandanın qələbə əzminə inamım sonsuzdur. Cavab oyununa da ciddi hazırlaşırlar. Cavab görüşü mövsümün ilk ev oyunu olacaq. Doğma azarkeşlər önündəki ilk qarşılaşmada da gözəl və layiqli oyunla qələbə qazanaraq mərhələ adlamağı istəyirəm. Azarkeşləri bu qarşılaşmanı stadiondan izləməyə, komandanı dəstəkləməyə çağırıram. Komanda onlardan əlavə güc alır, ruhlanır. Mərhələni azarkeşlərimizlə birlikdə keçmək istəyirik. Hər mövsümdə olduğu kimi hədəflərimiz böyükdür. “Şelburn” hədəfə doğru yolda ilk addımdır. İnanıram ki, komanda cari mövsümdə də avrokuboklardakı uğurları və daxili yarışlardakı qələbələri ilə azarkeşlərini sevindirəcək”.

T.Gözəl "Qarabağ"ın transferlərinə də toxunub:

Yeni mövsümə yeni transferlərlə başlamışıq. Onlardan bəzilərini artıq meydanda da görmüşük. Həm Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində keçirilən yoxlama oyunlarında, həm də “Şelburn”la qarşılaşmada yeni transferlərdən bəziləri meydana çıxıblar. Digərləri də növbəti görüşlərdə şans qazanacaqlar. Onların mövsüm ərzində komandaya faydalı olacaqlarına, uğurlar qazanmaqda kömək edəcəklərinə inanıram.

Yeni transferlər etmək istəyirik. Baş məşqçimiz və texniki heyət komandanı oyunlara hazırlamaqla paralel şəkildə transferlər üzərində də çalışır. Onların lazım bildiyi mövqeləri gücləndirmək üçün istədiyi futbolçuları almağa çalışırıq. Ön xəttə - hücumçu və hücuma dəstək verəcək mövqelərə oyunçu istəyirik. Digər mövqelərdə də faydalı olacaq futbolçuların keçidi variantları yaranarsa, heyətii onlarla da gücləndirəcəyik. Bizdən asılı olan hər şeyi edirik. İnanıram ki, yaxın zamanda istəyimizə nail olacağıq. Azarkeşlərimiz daha güclü “Qarabağ” görmək, bunun üçün yeni transferlər istəyirlər. Onlar əmin ola bilər ki, biz də komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik. Hansı mövqelərə hansı futbolçunu almaq lazımdırsa, həmin keçidi gerçəkləşdirəcəyik”.

Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

"Sivasspor" – "Qalatasaray" oyununun VAR hakimi karyerasını bitirib

Futbol
FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

FIFA DÇ-2022 üçün klublara 209 milyon dollar ödəyəcək

Futbol
"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

"Qarabağ" və "Olimpiakos"un start heyətləri bəlli olub

Futbol
"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

Futbol
Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Naxçıvan şəhər stadionunda işıqlandırma sistemi yenilənir

Futbol
Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub

Futbol
Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Samir Abasov: "Oyun yoxdursa, nə danışasan?"

Futbol
AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

AFFA-nın yubileyinə həsr edilmiş yoldaşlıq oyunu keçiriləcək

Futbol
"Neftçi"nin baş məşqçisi: "Bundan əvvəlki komandamdan qovulmamışam"

"Neftçi"nin baş məşqçisi: "Bundan əvvəlki komandamdan qovulmamışam"

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Mbappe Çempionlar Liqasında ilk turun ən yaxşı qol müəllifi seçilib

Futbol
“Qalatasaray” 662 gündən sonra lider olub

“Qalatasaray” 662 gündən sonra lider olub