"Aris" - "Araz-Naxçıvan" matçı bu kanalda

"Aris" - "Araz-Naxçıvan" matçı bu kanalda

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Aris” – “Araz-Naxçıvan” görüşünu yayımlayacaq kanal bəlli olub.

QELEBE.AZ xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Görüş "İdman TV"də canlı yayımlanacaq. Matç iyulun 31-də Yunanıstanda keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

Qeyd edək ki, ilk matçda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qələbə qazanıb.