Qurban Qurbanov: "3:0 hesabı ilə qalib gəlməyimiz rəqibdən çox üstün olduğumuz anlamına gəlmir"

Qurban Qurbanov: "3:0 hesabı ilə qalib gəlməyimiz rəqibdən çox üstün olduğumuz anlamına gəlmir"

"Qarabağ" komandası İrlandiya təmsilçisi "Şelburn" üzərindəki 3:0 hesablı qələbəni yaddan çıxararaq, Bakıdakı cavab matçına daha ciddi hazırlaşacaq.

"Report" xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a qarşı oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis böyükhesablı qələbənin sevindirici olduğunu söyləyib:

"Futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdik. Rəqib bizə hər an gərginlik yarada bilərdi. 3:0 hesabı ilə qalib gəlməyimiz onlardan çox üstün olduğumuz anlamına gəlmir. Bu hesabı yaddan çıxarıb, Bakıdakı cavab qarşılaşmasına hazırlaşacağıq. Bizə stadiondan dəstək olan azsaylı azarkeşlərimizə öz təşəkkürümü bildirirəm. Rəqib komandaya qarşıdakı matçlarda uğurlar arzu edirəm".

Q.Qurbanov cütün taleyinin həll olunmadığını bildirib:

"Dünən də bildirmişdim ki, bu rəqib məğlub olmağı sevmir. "Şelburn" meydanda nə etdiyini yaxşı dərk edən komandadır. Bakıdakı qarşılaşmada daha diqqətli olmağa çalışacağıq".

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" görüşü qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Şimali Makedoniya - Azərbaycan oyununun vaxtı dəqiqləşib

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Futbol
“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

“Yuventus” avrokuboklardan uzaqlaşdırıla bilər

Futbol
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Ronaldu ərəb klubunun 240 milyon avroluq təklifini rədd edib

Futbol
Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Qazaxıstan yığmasının futbolçusu: "Azlıqda oynamaq çətindir"

Futbol
DÇ-2022: Açılış oyununda hesab açılıb

DÇ-2022: Açılış oyununda hesab açılıb

Futbol
Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Qurban Qurbanov: "Bu matçın mənim üçün faydası daha çox olacaq"

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub