AFFA nümayəndəsinə UEFA-dan təyinat
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.

https://qelebe.az//uploads/photo/affa-numayendesine-uefa-dan-teyinat.webp