Qelebə.az / AFFA nümayəndəsinə UEFA-dan təyinat

AFFA nümayəndəsinə UEFA-dan təyinat

21-07-2025, 13:25

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi Stadionda baş tutacaq.

Geri qayıt