PFL rəsmisi: "Azərbaycan Kubokunun final oyununu çempionatın sonuncu turlarından əvvəl keçirmək istəyirik"

PFL rəsmisi: "Azərbaycan Kubokunun final oyununu çempionatın sonuncu turlarından əvvəl keçirmək istəyirik"

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun final matçını çempionatın sonuncu turlarından əvvəl keçirməyi qarşısına məqsəd qoyub.

Bunu "Report"a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev deyib.

O, bununla bağlı planlar cızdıqlarını söyləyib:

"Azərbaycan Kubokunun qalibinin Premyer Liqanın çempionundan daha tez müəyyənləşdirilməsi, başqa sözlə, final matçının erkən keçirilməsi barədə son mövsümdə də düşünmüşdük. Müəyyən məqamları təhlil etdikdən sonra bunu təxirə saldıq. Növbəti mövsümdən bununla bağlı müəyyən fikirlərimiz var, üzərində çalışırıq. Yəni, biz Azərbaycan Kubokunun final oyununu çempionatın sonuncu turlarından əvvəl keçirməyi qarşımıza məqsəd qoymuşuq və bununla bağlı planlar cızırıq. Sadəcə, o zaman komandalar 3 gündən bir oynamağa hazır olmalıdır".

PFL rəsmisi Avropanın bir çox ölkələrində kubokda mübarizənin çempionatdan əvvəl bitdiyini və final qarşılaşmasının da həftəiçinə təsadüf etdiyini vurğulayıb:

"Biz yalnız finalçıları deyil, digər 10 komandanı da düşünməliyik. Oyun və istirahət balansları digər komandaların qrafikində də nəzərə alınmalıdır. Sadəcə, həmin ərəfədə finalçılar sıx qrafikdə oynayacaqlar ki, bu da normaldır. Böyük ehtimalla, növbəti mövsüm kubokun final qarşılaşması sonuncu turlardan əvvəl keçiriləcək. Həmçinin mövsümdən sonra futbolçuların da, komandaların da istirahət etmələrini, millinin düşərgələrinə çağırılan oyunçuların, daha sonra avrokubok oyunlarına gedəcək komandaların təlim-məşq toplanışlarını da nəzərə almaq lazımdır".

S.Abdullayev 12 komandalı və üç dövrəli Premyer Liqada yaranacaq fasilələrdən də danışıb:

"Fasilə ilə bağlı daha detallı iyulun 18-də püşkatma mərasimində məlumat veriləcək. Ümumilikdə isə çempionatın qismən gec - avqustun 15-də başlaması artıq hazırlıq və ya istirahət imkanının çox olması deməkdir. Qış fasiləsində də klubların az da olsa, daha çox istirahət və ya hazırlıq imkanı olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü iyulun 18-də atılacaq.

Futbol
Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Ukraynalı baş məşqçi "Sumqayıt"la danışıqlar apardığını təsdiqləyib

Futbol
Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Messi sentyabrda Birinci Liqada ən yaxşı oyunçusu seçilib

Futbol
“Mançester Yunayted” satılır

“Mançester Yunayted” satılır

Futbol
DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

DÇ-2022: Cənubi Koreya 1/8 finala çıxıb, Uruqvay və Qana qrupda qalıb

Futbol
Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Avropa Liqası: “Nant” - “Qarabağ” matçı “ilk beşlik”dən kənarda qalıb

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli futbolçusunun durumuna aydınlıq gəlib

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etmək istəyir

Futbol
Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Futbol
"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

"Qarabağ"ın rəqibi hücumçusunu icarəyə verib

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

"Nant"ın baş məşqçisi: "Qarabağ"a qalib gəlmək üçün hər şeyi edəcəyik"

Futbol
"Neftçi"nin baş məşqçisi Rumıniya yığmasına rəhbərlik edə bilər

"Neftçi"nin baş məşqçisi Rumıniya yığmasına rəhbərlik edə bilər