"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin qalibi bəlli olub

"Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin qalibi bəlli olub

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri başa çatıb.

"QELEBE.AZ"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdikləri turnirin üçüncülük və final qarşılaşmaları iyunun 30-u İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.

Üçüncü yer uğrunda görüşdə Mədəniyyət Nazirliyinin komandasına 5:4 hesabı ilə qalib gələn Dövlət Vergi Xidmətinin təmsilçiləri bürünc medalçı olublar.

Finalda isə təhsil və ədliyyə nazirlikləri meydanda olublar. Əsas mükafat uğrunda mübarizədə 1:1 hesablı bərabərlik qeydə alındığından qalib penaltilər seriyasında məlum olub. Penaltiləri üstün tamamlayan Ədliyyə Nazirliyinin komandası turnirin qalibi olub.

Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov və NFF-nin baş katibi Raqif Abbasov və digərləri təqdim ediblər.

Əvvəlcə turnir ərzində fərqləndiklərinə görə Mirəziz Seyidov, Cavid Əsgərov, İsmayıl Allahverdiyev və Abbas Məmmədov nominasiya qalibləri kimi mükafatlandırılıblar.

Sonra isə ilk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və medallar, qalib komandaya isə "Heydər Əliyev kuboku" təqdim olunub.

Futbol
Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Qurban Qurbanov: "Bundesliqanın hazırkı lideri ilə oyunda istəyimiz böyükdür" 

Futbol
“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

“Napoli” “Latsio”nu məğlub edərək A Seriyasının lideri olub

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək

Futbol
Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol
Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Təqdimat mərasiminə gətirilən aslan yunanıstanlı futbolçunu qorxudub

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Avropa Liqası: "Trabzonspor"un ev sınağı, "Fənərbağça" "Renn"lə qarşılaşacaq

Futbol
"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

"Kəpəz" "Neftçi" ilə oyunda anlamlı jest edib

Futbol
İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir

İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir

Futbol
FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb