PFL prezidenti yenidən əməliyyat olunacaq

PFL prezidenti yenidən əməliyyat olunacaq

Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov yenidən əməliyyat olunacaq.

Bu barədə "QELEBE.AZ"a açıqlamasında PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.

O, qurum rəhbərinin durumunun hazırda yaxşı qiymətləndirildiyini söyləyib:

"Elxan bəyin sağlıq durumu yaxşıdır və müntəzəm olaraq işə çıxır. Həftə ərzində davamlı şəkildə fizioterapiya keçir. Həkimlər hər şeyin qaydasında getdiyini bildirirlər. Qarşıdakı iki ayda yenidən əməliyyat olacağı gözlənilir".

Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.

Futbol
Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Millətlər Liqası: Azərbaycan Qazaxıstana qalib gələrək qrup ikincisi olub

Futbol
"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

Futbol
FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

FIFA prezidenti: "Özümü ərəb, afrikalı, əlil və miqrant kimi hiss edirəm"

Futbol
"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

"Turan Tovuz" - "Kəpəz" oyunundan sonra dava düşüb

Futbol
Rusiya klubu baş məşqçisini istefaya göndərib

Rusiya klubu baş məşqçisini istefaya göndərib

Futbol
“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

“Neftçi” Azərbaycan çempionatlarında yubiley qolunu vurub

Futbol
İlin ən yaxşı gənc futbolçusu bəlli olub

İlin ən yaxşı gənc futbolçusu bəlli olub

Futbol
Moldova - Azərbaycan oyunu başlayıb

Moldova - Azərbaycan oyunu başlayıb

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Futbol
“Qarabağ” dünya rekordçularına çatıb

“Qarabağ” dünya rekordçularına çatıb

Futbol
Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər

Avropa Liqası: "Qarabağ" bu gün pley-offa vəsiqəni təmin edə bilər