"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

"Qarabağ"ın rəqibi ulduz futbolçunu təqdim edib

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u yeni transferi Marselonu ictimaiyyətə təqdim edib.

"Report" Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Georgios Karaiskakis" stadionundakı təqdimat mərasimində azarkeşlər də iştirak ediblər.

Fanatlar ailəsi ilə birlikdə arenaya daxil olan 34 yaşlı müdafiəçini böyük coşqu ilə qarşılayıblar.

Marselo yeni klubu ilə 1+1 illik müqavilə imzalayıb. O, "Olimpiakos"da 12 nömrəli formanı geyinəcək. Braziliyalı oyunçu 2007-ci ildən İspaniyada "Real Madrid"in şərəfini qoruyub. Marselo bu müddət ərzində 6 dəfə La Liqanın, 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da yer alıb.

Futbol
"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

"Qarabağ"ın legioneri: "Sabah" ciddi rəqibdir"

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb

Futbol
Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Ronaldu azarkeşlərlə vidalaşıb: "Yeni çağırış axtarmağın vaxtı çatıb"

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Millətlər Liqası: Daha 5 ölkə pley-offa vəsiqəni təmin edə bilər

Futbol
DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Futbol
AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

AFFA-nın vitse-prezidenti: "İddiamız böyük olmalıdır ki, biz də böyüyək"

Futbol
Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Səudiyyə Ərəbistanı millisinin qapıçısı komanda yoldaşına ciddi xəsarət yetirib

Futbol
"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

"Qarabağ" "Frayburq"la oyunda azlıqda qalıb

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar