Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın 2 güləşçisi finala yüksəlib

Azərbaycanın 2 sərbəst güləşçisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

"Report" xəbər verir ki, Rəvan Həsənzadə (48 kq) polşalı Przemislav Mrozekə 7:0 hesabıyla, slovakiyalı Attila Hegedusa isə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala adlayıb. Rəvan yarımfinalda türkiyəli Sadık Ateşoğullarından güclü olub – 6:2. Həsənzadə sabah finalda ermənistanlı Artak Ağabekyanla qarşılaşacaq.

Ruslan Əlizadə (55 kq) slovakiyalı İvan Jaksıka tam üstünlüklə (10:0), belaruslu Qleb Piatrova isə 4:2 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Ruslan yarımfinalda ermənistanlı Armen Papikyana gücünü göstərib – 8:4. Əlizadə finalda rusiyalı Maxaç Abdullayevlə güləşəcək.

Tunar Nəsibov (65 kq) ilk mərhələdə rumuniyalı İstvan Naqiyə minimal fərqlə (7:6) qalib gəlsə də, 1/8 finalda ukraynalı İvan Zaliskoyla bacarmayıb – 1:12. Rəqib finaladək irəlilədiyi üçün Tunar sabah təsəlliverici görüşdə gürcüstanlı Saba Tkemaladze ilə güləşəcək.

Əli Hacıyev (80 kq) ermənistanlı Avet Enqoyanı 4:3 hesablı qələbəylə mübarizədən kənarlaşdırsa da, 1/4 finalda britaniyalı Marşal Consa müqavimət göstərə bilməyib – 0:10.

Hakim Tağıyev (110 kq) ruminiyalı Sebastyan Braileskuya “tuş”la və bolqarıstanlı Halil Sadakova 3:0 hesabıyla qalib gələrək yarımfinala adını yazdırıb. Hakim finalın bir addımlığında gürcüstanlı Murtaz Baqdavadzeyə məğlub olub – 0:2. Tağıyev sabah bürünc medal uğrunda qarşılaşmada Qyoerqi Juhas (Macarıstan) – Ernests Stabins (Latviya) görüşünün qalibiylə üz-üzə gələcək.

Fərdi
FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

Fərdi
Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Rusiya və Belarus sakinləri ABŞ-dakı marafona buraxılmayacaq

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Dünya çempionatı: Azərbaycanın şahmat millisi ev sahibi ilə üz-üzə gələcək

Fərdi
Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib

Azərbaycanın 4 boksçusu Avropa çempionatında finala yüksəlib