Lebronun ev debütündə tarixi geridönüş – NBA-da gecənin nəticələri
NBA-da 2026/27 mövsümünün növbəti oyunları keçirilib.
Apasport.az xəbər verir ki, gecənin ən maraqlı qarşılaşması “Filadelfiya Siksers” və “Klivlend Kavalyers” arasında baş tutub. Meydan sahibləri 29 xal fərqi ilə geri düşdükləri görüşdə möhtəşəm geridönüş edərək 114:106 hesablı qələbə qazanıblar.
İlk hissəni 45:69 hesabı ilə geridə tamamlayan “Filadelfiya” ikinci hissədə üstünlüyü ələ alıb. Sonuncu perioddakı uğurlu çıxış komandanın qələbəsində həlledici rol oynayıb.
Görüşün ən məhsuldar basketbolçularından biri Tayriz Maksi olub. O, 32 xal, 3 ribaund və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Coel Embiid 24, Ceylen Braun isə 21 xal toplayıb.
“Filadelfiya”nın yeni transferi Lebron Ceyms də yeni komandasıyla ilk ev oyununa çıxıb. "Kral Ceyms" “dabl-dabl”a imza atıb. Təcrübəli basketbolçu 17 xal, 10 ribaund və 5 məhsuldar ötürmə ilə fərqlənib.
“Klivlend”in heyətində Donovan Mitçell 32 xal və 10 ribaundla komandasının ən məhsuldar oyunçusu olub.
Gecənin digər qarşılaşmasında “Oklahoma Siti Tander” doğma meydanda “Denver Naqqets”i 96:84 hesabı ilə məğlub edib.
Qaliblərin heyətində Ceylen Uilyams 21 xalla fərqlənib. Şey Gildces-Aleksander isə 17 xal toplayıb. Beləliklə, onun müntəzəm çempionatda ardıcıl ən azı 20 xal topladığı 141 oyunluq seriyası başa çatıb.
“Denver”in heyətində Aaron Qordon 20 xal, Nikola Yokiç isə 13 xal, 7 ribaund və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
NBA, müntəzəm çempionat
23 oktyabr
“Filadelfiya Siksers” – “Klivlend Kavalyers” – 114:106
“Oklahoma Siti Tander” – “Denver Naqqets” – 96:84

https://qelebe.az//uploads/photo/lebronun-ev-debutunde-tarixi-geridonush-nba-da-gecenin-neticeleri.webp