Fransa qalib gəldi - MBAPPE 50-yə çatdı
UEFA Millətlər Liqasında üçüncü yer uğrunda Almaniya və Fransa üz-üzə gəlib.
QELEBE.AZ xəbər verir ki, fransızlar rəqibini 2:0 hesabı ilə məğlub etməyi bacarıb.
"Real Madrid"in forvardı Kilian Mbappe bu matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, həmçinin Fransa millisində 50 qola ən tez çatan (90 oyun) futbolçu olub.
Qeyd edək ki, yığma komandanın heyətində ən çox qol Olivye Jiruya aiddir - 57 qol.

https://qelebe.az//uploads/photo/fransa-qalib-geldi-mbappe-50-ye-chatdi.webp