Yamal İspaniya millisinin heyətində ilk dubla imza atıb
"Barselona"nın vingeri Lamin Yamal Millətlər Liqasının yarımfinalında Fransa ilə matçda iki qol vurub.
QELEBE.AZ xəbər verir ki, matçın 54-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən 17 yaşlı futbolçu 67-ci dəqiqədə növbəti qolu vurub.
Bu, Yamalın milli komandadakı ilk dubludur.
Lamin Yamal İspaniya millisinin heyətində 20 oyunda ümumilikdə 6 qola imza atıb. Futbolçu 2023-cü ilin sentyabrında millidə debüt edib.

https://qelebe.az//uploads/photo/yamal-ispaniya-millisinin-heyetinde-ilk-dubla-imza-atib.webp