Qelebə.az / Yamal İspaniya millisinin heyətində ilk dubla imza atıb

Yamal İspaniya millisinin heyətində ilk dubla imza atıb

6-06-2025, 10:23

"Barselona"nın vingeri Lamin Yamal Millətlər Liqasının yarımfinalında Fransa ilə matçda iki qol vurub.

QELEBE.AZ  xəbər verir ki, matçın 54-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən 17 yaşlı futbolçu 67-ci dəqiqədə növbəti qolu vurub. 

Bu, Yamalın milli komandadakı ilk dubludur.

Lamin Yamal İspaniya millisinin heyətində 20 oyunda ümumilikdə 6 qola imza atıb. Futbolçu 2023-cü ilin sentyabrında millidə debüt edib.

Geri qayıt