FHN idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər

FHN idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə ediblər

Türkiyənin Antalya şəhərində Dünya Kikboksinq Federasiyasının təşkilatçılığı ilə kadet, yeniyetmə, gənclər, böyüklər və veteranlar arasında “Turkish Open 2025” WAKO Dünya kuboku keçirilib.

APA FHN-ə istinadən xəbər verir ki, turnirdə 43 ölkədən 3600-dən çox idmançı kikboksinqin müxtəlif növlərində əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar.

Yarışda iştirak edən FHN-in İdman-sağlamlıq klubunun məşqçi-müəllimi Elşən İsayevin rəhbərliyi altında kikboksinq komandası yüksək nailiyyətlər əldə etməyi bacarıb.

Belə ki, komanda üzvləri Elnar Hacıyev 51 kq çəki dərəcəsində 3 döyüş keçirərək bütün rəqbilərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komandanın digər üzvləri Yağmur Şahniyarova 52 kq çəki dərəcəsində gümüş, Aydan İsmayıllı isə 50 kq çəki dərəcəsində bürünc medalın sahibi olub.

Qaliblərə Dünya Kikboksinq Federasiyasının təsis etdiyi diplom, medal və kubok təqdim edilib.

Bundan əlavə, İran İslam Respublikasının Behşəhr şəhərində İran Güləş Federasiyasının təşkilatçılığı ilə keçirilən sərbəst güləş üzrə gənclər arasında “Necad Haşimi kuboku”nda isə 7 ölkədən 200-ə yaxın idmançı öz qüvvəsini sınayıb.

Turnirdə iştirak edən FHN-in İdman-sağlamlıq klubunun gənclərdən ibarət sərbəst güləş üzrə komandasının üzvü və Mülki müdafiə qoşunlarının əsgəri Sədrəddin Həsənov 57 kq çəki dərəcəsində bürünc medalın sahibi olmağı bacarıb.

Qalibə İran Güləş Fedrasiyasının təsis etdiyi medal və diplom təqdim edilib.

Mayın 30-da FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev uğur qazanmış idmançılar və məşqçi-müəllimlə görüşərək qazandıqları nailiyyətlərə görə onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Döyüş növləri
Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Qadın boksçular arasında növbəti dünya çempionatı Hindistanda keçiriləcək

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Azərbaycan boksçusu dünya çempionatında 1/4 finala yüksəlib

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Azərbaycan çempionatında finala yüksələn boksçular müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında ikinci qələbəsini qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa birinciliyində ilk rəqibləri bəlli olub

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Taekvondo üzrə Azərbaycan çempionatının tarixi açıqlanıb

Döyüş növləri
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi yekunlaşıb - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Azərbaycan boksçuları Meksika və Braziliya ilə hazırlıq keçəcək

Döyüş növləri
Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş olub - FOTO

Döyüş növləri
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Döyüş növləri
Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib