Murad Musayev: "Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur"

"Əvvəl qəzəbli və uğura ac idiksə, indi bu hisslər yoxdur. Bunları yenidən geri qaytarmaq lazımdır".

"Report"un məlumatına görə, bunu "Sabah" klubunun baş məşqçisi Murad Musayev evdə "Səbail"ə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, 90 dəqiqə təzyiq göstərsələr də, oyunu açmaq üçün ilk qolu vurmaq mümkün olmayıb: "Futbolçuları qınaya bilmərəm. Əllərindən gələni etdilər. İlk matçda uduzmamalıydıq. Rəqib özünü rahat hiss etdi".

O, komandada psixoloji yorğunluğun olduğunu söyləyib: "İlin son matçında özümüzdə güc tapmalıyıq. Ola bilər ki, son matçlarda aldığımız qırmızı vərəqələr də təsir edir. Uşaqlar azlıqda qalandan sonra daha çox yüklənirlər. Uğursuz nəticələrdə günahkar futbolçular və məşqçilərdir. Oyunçular çox çalışsalar da, ilin sonunu pis keçiririk. Önümüzdəki oyun bizim üçün önəmlidir".

Futbol
Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Liberiya prezidentin oğlu DÇ-2022-nin heyətinə çağırılıb

"Neftçi"nin qapıçısı: "Vəziyyətimiz yaxşı deyil"

Azərbaycan millisi Moldova ilə oyunda fasiləyə üstün yollanıb

Slovakiya millisinin hücumçusu Azərbaycanla oyundan əvvəl zədələnib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı qəbul edəcək

Mahir Emreli “Legiya”da 2022-ci ilin antiqəhrəmanları sırasına düşüb

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Mərakeş millisinin baş məşqçisi: "Finala çıxmaq və qələbə qazanmaq istəyirik"

"Frayburq"un baş məşqçisi: "Avropa Liqasında özümüzü sübut etmək istəyirik"

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ